Get Adobe Flash player

aze eng
 


Heydər Əliyev Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi

Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-18 fevral 2013-cü il tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treyninq kursları keçirildi. Bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı Prof. Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru Prof. Dr. Coxen Vielin dəvət olunmuşdur. Ölkədə təhsil alan gənc rezedentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, Avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək.

 

Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi atlında, xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub. 40-50-yə yaxın xəstənin müayinələri icra olunub. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçirilmişdir.

 

16 Fevral tarixində isə Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Anadangəlmə Ürək Qüsurlarına müasir baxış” mövzulu elmi-praktiki konfrans keçirilmişdir. Konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılmışdır.


2013-02-16

ÜRƏK VƏ SAQLAMLIQ SİZİ MARAQLINDIRANN SUALLAR RİSK HESABLAMA CƏDVƏLİ
Ürək nədir? Ürək xəstəlikləri hansılardır?
Ürək sağlamlığı haqqında sizi
maraqlandıran suallara burada cavab tapa
bilərsiz.
Ürək xəstəliyi riski faizinizi risk hesablayıcı
vasitəsilə öyrənə bilərsiniz.
SAĞLAM ÜRƏK E-KONSULTASİYA ÜZV OL
Ürəyinizin sağlamlığınızı təmin edən əsas
amilllər nələrdir?
Ürək ilə bağlı suallarınızı bizə göndərin.
Assosiasiyamıza üzv olmaq üçün şərtləri öyrənin.