Get Adobe Flash player

aze eng
 


Naxçıvanda açıq-ürək əməliyyatları həyata keçirildi

23 fevral - 5 mart tarixlərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları keçirildi.Əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından t.e.n Dr. Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyət tərəfindən icra olunmuşdur. Əməliyyatlar ilə yanaşı mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunmuşdur.

 

Bu ərəfələrdə rezident və gənc həkimlərin praktiki və teorik təcrübəsinin artırılması məqsədi ilə İzmir şəhərindən dəvət olunmuş Prof. Dr. Suat Buket tərəfindən treninq kursları keçirilmişdir.

 

1 Mart tarixində isə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyi tərəfindən “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VI regional elmi-praktiki konfrans keçirilmişdir.

 

Konfransda ürək-damar xəstəliklərinə dair müxtəlif mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə edilmişdir.


2013-03-01

ÜRƏK VƏ SAQLAMLIQ SİZİ MARAQLINDIRANN SUALLAR RİSK HESABLAMA CƏDVƏLİ
Ürək nədir? Ürək xəstəlikləri hansılardır?
Ürək sağlamlığı haqqında sizi
maraqlandıran suallara burada cavab tapa
bilərsiz.
Ürək xəstəliyi riski faizinizi risk hesablayıcı
vasitəsilə öyrənə bilərsiniz.
SAĞLAM ÜRƏK E-KONSULTASİYA ÜZV OL
Ürəyinizin sağlamlığınızı təmin edən əsas
amilllər nələrdir?
Ürək ilə bağlı suallarınızı bizə göndərin.
Assosiasiyamıza üzv olmaq üçün şərtləri öyrənin.