Get Adobe Flash player

aze eng
 

Sizi maraqlandıran suallar


 
Hipertoniya xəstəliyi nədir?
 
Arterial təzyiqin sakit vəziyyətdə heç bir ikincili səbəb olmadan 140\90 mm.c.st üzərinə qalxmasına hipertoniya xəstəliyi deyilir. Bəzən hər hansı bir səbəbdən məsələn böyrək xəstəliklərində, endokrin sistemi xəstəliklərində də təzyiq qalxa bilər. Təzyiqin belə qalxmalarına ikinçili hipertoniya və ya simptomatik hipertoniya adlanır. Hipertoniya xəstəliyi olan xəstələrdə ürək döyünmə, baş ağrıları, görmədə pisləşmə, halsızlıq və iş qabiliyyətinin azalması kimi şikayətlər ola bilir. Xəstəlik üzun müddət müalicə edilmədən davam edərsə ürək , beyin və böyrək kimi hədəf orqanlarda geri dönməyən dəyişikliklərə səbəb ola bilir.
 
Təzyiqim tez- tez qalxır. Nə etməliyəm?
 
Əgər arterial təzyiq 140/90 mm.c.st yüksəksə ən qısa zamanda kardioloqa baş vurmaq lazımdır. Həkim sizdə olan təzyiq yüksəlməlirinin səbəbini araşdıraraq sizə uyğun müalicəni təyin edəcəkdir. Heç vaxt öz başına qohum və ya yaxınlarınızın dərmanlarından istifadə etməyin ! Bu sizin sağlamlığınız üçün təhlükəli ola bilər. Mütləq bu sahə üzrə çalışan həkimdən məsləhət alın.
 
Hipertoniya xəstəliyi olan xəstə dərman müalicəsi ilə yanaşı nələrə diqqət etməlidir?
 
Hipertoniya xəstəliyi olan hər bir xəstə aldığı dərman müalicəsi ilə yanaşı bunlara da diqqət etməlidir.
 
1.   Duz qəbulunu minimuma endirməlidir. Yaxşı olar ki, belə xəstələrin yeməyi duz əlavə edilmədən hazırlansın
2.   Heyvan mənşəli yağlardan, qırmızı ətdən və ədviyyatlardan uzaq durmalı
3.   Hər gün ən azı 30 dəqiqə idmanla məşğul olmalı
4.   Siqaret və spirtli içkilərdən uzaq olmalı və.s.
 
Miokard infarktı nədir?
 
Ürəyi qidalandıran tac damarlardan hər hansı birinin tam tutulması zamanı miokard infarktı yaranır. Bu zaman xəstədə döş sümüyü arxasında güclü yandırıcı, göynədici və sıxıcı tərzdə ağrılar meydana çıxır. Ağrılar sol qola, kürəyə, çənəyə və qarına yayıla bilir. Miokard infarktı zamanı yaranan ağrılar bəzən bir neçə sutkaya qədər davam edə bilir. Xəstədə ağrı ilə yanaşı ürək döyünmə, təzyiqin qalxması və ya enməsi, həyacan, ölüm qorxusu və soyuq tərləmələr də ola bilir. Tez bir zamanda müalicə edilmədiyi zaman ciddi fəsadlar və ölümlə nəticələnə bilir.
 
Stenokardiya nədir?
 
Stenokardiya döş sümüyü arxasında olan ağrı tutmalarına deyilir. Stenokardiya ağrıları daha çox yol yeridikdə, pilləkan qalxdıqda, əsəbləşdikdə və soyuq havalarda müşahidə olunur. Stenokardiya ağrılarının əsas xarakter xüsusiyyəti ağrının hərəkəti dayandırdıqdan və ya nitroqliserin qəbulundan sonra keçməsidir. Stenokardiya ağrılar adətən 10 dəqiqədən çox davam etmir.
 
Aorta -koronar şuntlama əməliyyatı nədir?
 
Aorta -koronar şuntlama əməliyyatı açıq ürək əməliyatı olaraq ayaqdan və döş qəfəsi daxilində olan damarlarla, ürəyi qidalandıran koronar arteriyaların əvəz olunmasıdır. Bu zaman aorta ilə koronar arteriyada olan daralmanın sonrasındakı sağlam yer arasında bir əlaqə yaradılır. Bu da öz növbəsində ürəyin yenidən normal qidalanmasını təmin edir. Əməliyyatdan sonra xəstələr adətən 1 həftə içində xəstəxanadan evə yazılır.
 
Stent nədir və ürək damarlarına necə qoyulur?
 
Stent xüsusi materialdan hazırlanmış tel qəfəsdir. Stentlərin dərmanlı və dərmansız formaları vardır. Ürək damarlarına stent ayaqdan bud arteriyasından kiçik bir iynə dəliyi ilə girilərək qoyulur. Bunun üçün öncə koronar arteriyada olan daralma balon dediyimiz xüsusi kateterlə genişləndirilir. Koronar arteriyada olan daralma genişlətildikdən sonra yenə həmin yerə xüsusi telin üzərində olan stent yerləşdirilir. Stent içərisində olan balon şişirdilərək stent damar divarına implantə olunur. Əməliyyat adətən 15-20 dəqiqə davam edir. Stent qoyulduqdan sonra xəstə bir gecə xəstəxanada qalır və səhəri evə yazılır.
 
Aorta koronar şuntlama və ya stent qoyulan xəstələr nələrə diqqət etməlidirlər?
 
Bu qrup xəstələr öncəliklə həkim tərəfindən yazılan dərmanları vaxtıında qəbul etməlidir. Siqaret və spirtli işkilərdən uzaq olmalıdır. Xəstələr hər gün bir neçə kilometrə təmiz havada gəzməlidir. Ən əsası xəstələr pəhriz saxlamalı və artıq çəkidən azad olmalıdırlar. Əməliyyatdan sonra xəstələr vaxtaşırı həkim nəzarətindən keçməlidirlər.

ÜRƏK VƏ SAQLAMLIQ SİZİ MARAQLINDIRANN SUALLAR RİSK HESABLAMA CƏDVƏLİ
Ürək nədir? Ürək xəstəlikləri hansılardır?
Ürək sağlamlığı haqqında sizi
maraqlandıran suallara burada cavab tapa
bilərsiz.
Ürək xəstəliyi riski faizinizi risk hesablayıcı
vasitəsilə öyrənə bilərsiniz.
SAĞLAM ÜRƏK E-KONSULTASİYA ÜZV OL
Ürəyinizin sağlamlığınızı təmin edən əsas
amilllər nələrdir?
Ürək ilə bağlı suallarınızı bizə göndərin.
Assosiasiyamıza üzv olmaq üçün şərtləri öyrənin.