Get Adobe Flash player

aze eng
 

YERLİ


Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş açıq ürək əməliyyatları və “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi“ mövzusunda V elmi-praktiki konfrans keçirildi
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası  ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı  10-18 iyun 2012 tarixləri arasında Naxçıvan Muxtar Respublikasında  həyata keçirdi. Aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri icra olundu.  Həmçinin Naxçıvan Diaqnostika Mərkəzində 14 iyun 2012-ci il tarixində tibb mərkəzində çalışan  və eyni zamanda ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi“ adlı 5-ci regional  elmi-praktiki konfrans keçirildi. Konfransda abdominal aortanın xəstəlikləri, ürək çatışmazlığı, beyin ölümü və ürək-ağciyər reanimasiyası mövzusunda geniş mühazirələr və diskusiyalar aparıldı.  Konfrans sonunda iştirakçılar sertifikatlarla təltif olundu. Aksiya çərçivəsində tibb mərkəzinin poliklinaka şöbəsində Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı” proqramı daxilində   Naxçıvanda Muxtar Respublikasında  yaşayan əhalidən 250 nəfər müayinə olunmuşdur. Müayinə olunacaq insanlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılmışdır. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və  müalicələri təşkil olunmuşdur.

ÜRƏK VƏ SAQLAMLIQ SİZİ MARAQLINDIRANN SUALLAR RİSK HESABLAMA CƏDVƏLİ
Ürək nədir? Ürək xəstəlikləri hansılardır?
Ürək sağlamlığı haqqında sizi
maraqlandıran suallara burada cavab tapa
bilərsiz.
Ürək xəstəliyi riski faizinizi risk hesablayıcı
vasitəsilə öyrənə bilərsiniz.
SAĞLAM ÜRƏK E-KONSULTASİYA ÜZV OL
Ürəyinizin sağlamlığınızı təmin edən əsas
amilllər nələrdir?
Ürək ilə bağlı suallarınızı bizə göndərin.
Assosiasiyamıza üzv olmaq üçün şərtləri öyrənin.