AHHA

MÜƏLLİFLƏR ÜÇÜN MƏLUMAT


 
Ürək Xəstəlikləri Jurnalı (Azerbaijan Heart Journal) ürək və damar xəstəlikləri ilə əlaqədar bütün mövzularda olan yazıları dərc edir. Azərbaycan Ürək Xəstəlikləri Jurnalı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının jurnalı olub 2012-ci ildən başlayaraq dərc olunacaqdır. Jurnal yanvar, aprel, iyun, oktyabr ayları olmaqla ildə 4 dəfə dərc olunacaq.

Jurnalda orjinal məqalələrlə yanaşı ədəbiyyat icmalları, klinik hadisələr, redaktora məktub, “ necə etməli?”, praktik həkimə kömək kimi yazılar da dərc olunur.

Göndərilən yazılar Azərbaycan və İngilis dili qrammatikasına uyğun yazılmalıdır. Bütün müəlliflər göndərdikləri yazıların daha əvvəl başqa bir jurnalda dərc olunmadığına dair təminat verməlidir. Daha əvvəl elmi konfranslarda 250 sözü keçməyən xülasə təqdimatı olan məqalələr jurnalda dərc oluna  bilər.

Bütün yazılar redaktor və redaktor köməkçiləri ilə birlikdə üç rəyçi tərəfindən incələnir. Bütün müəlliflər jurnalda dərc olunmağa qəbul edilən məqalələrdə redaktor tərəfindən əsaslı dəyişiklik olmadan bəzi dəyişikliklərin olmasını qəbul etmiş olmalıdırlar.

Ümumi qaydalar

Bütün yazılar yalnız online olaraq internet üzərindən qəbul ediləcəkdir. Müəlliflər məqalə göndərmək üçün www.heartjournal.az

saytına girərək qeydiyatdan keçərək şifrə almalıdırlar. Yayına qəbul edilməyən yazılar geriyə göndərilməyəcək. Azərbaycan Heart Journala dərc olunmaq üçün göndərilən və etik qurumu icazəsi alınması məcburiyyəti olan eksperimental, klinik və dərman tədqiqatları üçün beynəlxalq müqavilələrə və 2008 ci ildə qəbul olunmuş “Helsinki bəyəmnaməsi”-nə uyğun etik qurumu icazəsi lazımdır. Etik qurumu  icazəsi və “məlimatlandırılmış könüllü formu” alınması, yazının Material və Metod hissəsində göstərilməlidir. 

Orjinal məqalələr

Klinik tədqiqatlar, klinik müşahidələr, yeni metodlar  və ya laborator çalışmaları əhatə etməlidir. Bu yazılar 14 şriftlə  (Azərbaycan dili üçün Times Roman Azlat, İngilis dili üçün Times New Roman ) kompüterdə yığılmalıdır. Yazıların başlığı Azərbaycanca/İngiliscə, xülasələr Azərbaycanca/ İngiliscə, açar sözlər Azərbaycanca/İngiliscə, giriş, material  və metod, nətəcələr, müzakirə, ədəbiyyat siyahısı, cədvəllər, şəkillər və  qrafikləri əhatə etməlidir. Yazılar 15 A4 səhifəni keçməməlidir.

Müəlliflər haqqında məlumatlar

Müəlliflərin adı və soyadı tam olaraq yazılmalı, müəlliflərin akademik ünvanları, hansı təşkilatda işləmələri və adresləri tam olaraq qeyd edilməlidir. Yazışma olunacaq müəllifin əlaqə məlumatları ayrıca olaraq sistemə yüklənməlidir. Müəlliflərlə əlaqə E-mail üzərindən olduğu üçün əlaqə saxlanacaq müəllifin E-mail adresi dəqiq olaraq yazılmalıdır. Bunlara əlavə olaraq telefon və faks nömrələridə qeyd olunmalıdır.

Başlıq olan səhifədə yazının başlığı, açar sözlər və qısa başlıqlar olmalıdır. Azərbaycanca yazılan məqalələrdə ingiliscə başlıq mütləq olmalıdır.  İngilis dilində olan yazılarda isə Azərbaycanca başlıq mütləq olmalıdır. Bu səhifədə əgər məqalənin xülasəsi daha əvvəl hər hansı bir elmi toplantıda  dərc olunmuşsa bu haqda məlumat qeyd olunmalıdır.

Xülasə

Xülasələr yazının əsas hissəsini əhatə edərək 250 sözü keçməmək şəklində Azərbaycanca və İngiliscə yazılmalıdır. Açar sözlər xülasənin sonunda yazılmalıdır. Xülasələrin sonunda ədəbiyyat siyahısı olmamalıdır. Xülasə yazılarkən qısaltmalardan olduğunca az istifadə edilməlidir. Xülasələr aşağıda göstərilən 4 başlıq altında yazılmalıdır.

Məqsəd: Tədqiqatın məqsədi açıq olaraq qey edilməlidir.

Material və Metod: qruplar, standart meyarlar, randomizə olub olmadığı, retrospektiv və ya prospektiv olması qeyd edilməli və varsa statistik analizi haqqında məlumat verilməlidir.

Nəticə: Tədqiqatın nəticələri ətraflı olaraq qeyd edilməli, statistik əhəmiyyətlilık dərəcəsi qeyd olunmalıdır.

Müzakirə: Tədqiqatın nəticələri ümumi olmamaq şərti ilə ətraflı təhlil olunmalıdır.

Giriş

Tədqiqatın mövzusu haqqında qısa məlumat verilməli, tədqiqatın məqsədi göstərilməli və bunlar ədəbiyyat məlumatları ilə dəstəklənməlidir.

Material və Metod

Tədqiqatın planı verilməli, randomizə olub olmaması, retrospektiv və ya prospektiv olduğu göstərilməli, əsas və nəzarət qrupları haqda məlumat verilməlidir. Həmçinin statistik analiz metodları göstərilməlidir.

Nəticə

Tədqiqat zamanı əldə  edilən nəticələr aydın olaraq qeyd olunmalı, cədvəl və şəkillər sıra ilə nömrələnməli, nəticələr % və\və ya p əmsalı ilə göstərilməlidir.

Müzakirə

Tədqiqat zamanı əldə edilən nəticələr müsbət və mənfi tərəfləriylə müzakirə olunmalı və ədəbiyyat məlumatları ilə müqayisə edilməlidir.

Ədəbiyyat

Ədəbiyyatın düzgünlüyündən müəlliflər cavabdehdir. Ədəbiyyat siyahısı yazıda adı keçən sıraya görə nömrələnməlidir. İstifadə edilən ədəbiyyatlar mətndə mötərizədə qeyd edilməlidir. Jurnal adlarında olan qısaltmalar “index Medicus”- dakı stilə uyğun olaraq edilməlidir. Referans göstərilən ədəbiyyatlara nümunə aşağıda göstərilmişdir.

Nümunə: Steinhubl S, Ellis S, Wolski K, et al. Circulation 2001; 103: 1403.

Cədvəl, şəkil və qrafiklər

Bütün cədvəl, şəkil və qrafiklər yazıda adı keçən sıraya görə nömrələnməli və onlar qisaca olaraq adlandırılmadır. Cədvəllər əsasən yazının asan başa düşülməsi məqsədi ilə tərtib edilməli və yazının təkrarı olmamalıdır. Şəkillərin kənarları seçilməli və JPEG formatında ən az 500 piksel/inch ölçüdə qeyd edilməlidir.

Klinik hadisələr

Klinik hadisə və ya hadisələrin dərc oluna bilməsi üçün onun elmi əhəmiyyəti və orjinal olması mühüm şərtdir. Klinik hadisələrdə Azərbaycan və İngiliscə başlıq, açar sözlər, Azərbaycan və İngiliscə xülasə, giriş, klinik hadisənin təqdimatı, müzakirə və ədəbiyyat siyahısı olmalıdır. Klinik hadisələr A4 formatda və beş səhifədən çox olmamalıdır.

Ədəbiyyat icmalı

Ədəbiyyat icmalları yeni mövzuları , mənbələri və mümkün olduğunca müəllifin şəxsi təcrübələrini əhatə etməlidir. Ədəbiyyat icmallarında Azərbaycan və İngiliscə başlıq, açar sözlər, giriş və ədəbiyyat siyahısından ibarət olmalıdır. Ədəbiyyat icmalları A4 formatda və 12 səhifədən çox olmamalıdır

Redaktora məktublar

Ürək və damar xəstəlikləri ilə əlaqəli son məlumatları əhatə edən,  sual və ya məsləhətləri özündə əks etdirən xülasə formasında yazılar olmalıdır.

Əlaqə

Bütün yazışmalar jurnal redaktorunun aşağıda qeyd edilən poçt və ya E-mail adresi üzərindən həyata keçirilə bilər.

Adres: Rövşən Əliyev küçəsi 12/14

Tel: (012) 490 82 45

Faks: (012) 490 82 44

E-mail: editor@heartjournal.az